Cənubi Koreya Prezidenti Yun Sok Yol həbsdən azad edildi

Cənubi Koreya Prezidenti Yun Sok Yol konstitusiyanı pozaraq hərbi vəziyyət tətbiq etmək ittihamı ilə həbs olunduğu Seul həbsxanasından azad edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Həbsxananın əsas qapısı önündə onu böyük sayda tərəfdar qarşılayıb. “İlk növbədə, qanunsuzluğu düzəltmək üçün cəsarət və qətiyyət göstərən Mərkəzi Dairə Məhkəməsinə təşəkkürümü bildirirəm”, – deyə Yun Sok Yol vəkilləri vasitəsilə yayımlanan bəyanatında qeyd edib.
Qeyd edək ki, Prezident həmçinin öz tərəfdarlarına da yazılı açıqlama ilə təşəkkür edib.
Xumar Əhmədova
15:14 08.03.2025
Oxunuş sayı: 3553