NATO islahatlara ehtiyac duyur

NATO-nun Avropa Hərbi Hava Qüvvələri Rusiyanın potensial təcavüzünün qarşısını almaq üçün missiya ixtisaslaşmasını genişləndirməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə Royal United Services Institute yazıb.
Qeyd edək ki, hesabatda bildirilir ki, NATO-nun Avropa HHQ-si Rusiyadan gələn təhlükəni prioritet hesab etsə də, hazırda icra etdiyi geniş miqyaslı missiyalar və qabiliyyət sahələrini azaltmadan bunu həyata keçirməkdə çətinlik çəkir.
ABŞ-nin diqqətinin Hind-Sakit okean regionuna yönəlməsi ilə Avropanın NATO-nun hərbi gücündən asılılığı azalır. Bu səbəbdən NATO-nun Avropa HHQ-sinin kollektiv imkanlarını gücləndirməsi, ABŞ-nin dəstəyində yarana biləcək boşluqları doldurmaq baxımından vacib hesab edilir. Hesabatda vurğulanır ki, hava üstünlüyünü qorumaq, Rusiyaya qarşı əsas çəkindirici amildir. Çünki Avropanın Rusiya hücumunu dəf edəcək qədər quru qoşunları, atəş gücü, hərbi qulluqçu, sursat istehsalı və müdafiə maliyyəsi yoxdur.
Xumar Əhmədova
14:45 08.03.2025
Oxunuş sayı: 3627