Azərbaycana 3,7 milyon dollarlıq nəqliyyat vasitələri gətirilib

Bu ilin yanvar ayında Azərbaycana 3,7 milyon ABŞ dolları dəyərində dəmiryol lokomotivləri və ya mühərrikli tramvay vaqonları, dəmiryol nəqliyyat vasitələri və onların hissələri; dəmiryol və ya tramvay xətləri üçün yol avadanlıqları və qurğuları, onların hissələri; mexaniki (elektromexaniki daxil olmaqla) siqnal avadanlıqlarının bütün növləri idxal edilib.
Bu barədə Crossmedia.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata əsasən, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə 25,2 milyon ABŞ dolları və ya 87,1% azdır.
Hesabat ayında sözügedən vasitələrin idxalı ölkənin ümumi idxalında 0,18% paya malik olub.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dolları ixracın, 2,5 milyard dolları isə idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% çoxdur.
Hesabat dövründə xarici ticarətdə 986 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.
18:12 07.03.2025
Oxunuş sayı: 3409