Böyük Britaniya Ukraynaya dron tədarük edəcək

Böyük Britaniya hökuməti Ukrayna silahlı qüvvələrinə Qara dənizdə daha effektiv hərbi əməliyyatlar keçirmək üçün yeni hücum dronları tədarük edəcək. Crossmedia.az xəbər verir ki, bununla bağlı Britaniya Müdafiə Nazirliyi ilə Anduril UK müdafiə şirkəti arasında 30 milyon funt sterlinq dəyərində müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Anduril UK şirkəti Ukraynaya hədəfləri izləyərək zərbə endirə bilən qabaqcıl hücum dronları, onların buraxılış sistemləri və ehtiyat hissələrini tədarük edəcək. Britaniyanın müdafiə naziri Con Hili müqavilədən əvvəl Vaşinqtonda şirkətin əməkdaşları ilə görüşüb.
Bu razılaşma ötən həftə Londonda dünya liderlərinin iştirakı ilə keçirilən toplantıdan sonra əldə olunub. Görüşdə Britaniyanın baş naziri və müttəfiqləri Ukraynaya hərbi dəstəyin artırılması məsələsində razılığa gəliblər.
13:55 07.03.2025
Oxunuş sayı: 2519