Ermənistanda hərbi təlimlər keçiriləcək

Ermənistanda 1 aprel - 13 iyun 2025-ci il tarixləri arasında birinci və ikinci kateqoriyalı birinci qrup ehtiyat zabitləri üçün hərbi təlimlər keçiriləcək.Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistan hökumətinin 6 mart tarixli qərarına əsasən, təlimlər ehtiyatda olan sıravi, serjant və zabit heyətini əhatə edəcək. Tədbirlərin əsas məqsədi ehtiyat zabitlərinin hərbi bacarıqlarını təkmilləşdirmək, onların peşəkar yenidən təhsili və ali təhsilli serjantlar arasında ehtiyat zabitlərinin hazırlanmasıdır. Həmçinin, ehtiyat zabitləri döyüş növbətçiliyinin icrasına cəlb olunacaqlar.
Hər bir hərbi təlimə çağırılmış vətəndaş maksimum 25 təqvim günü müddətində fəaliyyət göstərəcək. Bu, ehtiyat zabitlərinin mülki həyatdan uzun müddət ayrılmasının qarşısını alaraq, onların hərbi bacarıqlarını yeniləməyə imkan yaradacaq.
Nigar Yahyazadə
10:35 07.03.2025
Oxunuş sayı: 1154