KTMT Rusiya-Ukrayna müharibəsinə qoşula biləcəyini rəsmən bəyan edib

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Rusiya- Ukrayna müharibəsinə qoşula biləcəyinə rəsmən bəyan edib.
Crossmedia.az xəəbr verir ki, bu barədə təşkilatın baş katibi İmanqalı Tasməqambetov deyib.
O bildirib ki, Avropa Ukraynaya hərbçi göndərsə, KTMT-də Rusiyaya yardım təklif edəcəyik.
Baş katibin sözlərinə görə, belə bir risk yaranarsa, təşkilat müxtəlif yardım variantları təklif etməyə hazır olacaq. O, hansı variantların nəzərdə tutulduğunu açıqlamayıb.
Qeyd edək ki, daha əvvəl Fransa və Böyük Britaniya müvəqqəti atəşkəs halında Ukraynaya öz hərbçilərini göndərmək istəyini ifadə edib.
Fatimə Məmmədova
19:50 06.03.2025
Oxunuş sayı: 731