Putin Qazaxıstan prezidenti ilə danışdı

Kreml məlumat yayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev telefon danışığı aparıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, görüş zamanı ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə də 2024-cü ilin noyabrında Putinin Qazaxıstana dövlət səfəri zamanı əldə olunmuş razılaşmalar müzakirə edilib.
Söhbət ticarət-iqtisadi və enerji sahələrində birgə layihələrin həyata keçirilməsindən gedib.
Müzakirələrin detalları barədə əlavə məlumat verilməyib.
18:19 06.03.2025
Oxunuş sayı: 925