Rusiya XİN: NATO sülhməramlıları Ukraynaya yerləşdirilsə, bu, münaqişəyə rəsmi müdaxilə demək olacaq

Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələrinin Ukraynaya sülhməramlı kontingent göndərməsi onların münaqişəyə birbaşa qoşulması demək olacaq. Kreml bu məsələdə heç bir kompromis üçün yer görmədiyini bildirib.
Mövzu ilə bağlı açıqlama verən Rusiya rəsmiləri qeyd ediblər ki, belə bir addım bölgədə vəziyyəti daha da gərginləşdirə bilər. Onların sözlərinə görə, NATO-nun Ukraynada hər hansı bir hərbi mövcudluğu Rusiyanın təhlükəsizliyinə ciddi təhdiddir və bunun cavabsız qalmayacağı istisna edilmir.
Crossmedia.az bildirir ki, son dövrlərdə NATO ölkələri Ukraynaya hərbi və humanitar yardımlarını artırıb. Bununla yanaşı, Ukrayna hakimiyyəti bir neçə dəfə NATO qoşunlarının ölkədə yerləşdirilməsini dəstəklədiyini bildirib. Lakin Rusiya bunun qəti şəkildə əleyhinə olduğunu vurğulamağa davam edir.
Zəhra Ağayeva
15:21 06.03.2025
Oxunuş sayı: 904