Erməni aktivist Prezident İlham Əliyevdən siyasi sığınacaq istəyib

Erməni aktivist İşxan Verdyan Azərbaycan hakimiyyətindən siyasi sığınacaq verilməsini xahiş edib.
Crossmedia.az xəbər verir ki, müraciətdə deyilir: "Hörmətli cənab Prezident, Sizə bildirmək istəyirəm ki, mənim barəmdə Ermənistanda Qarabağın Azərbaycana məxsus olduğunu açıq şəkildə qəbul etdiyim üçün cinayət işi açılıb. Ermənistan hakimiyyəti mənə ömürlük həbs cəzası vermək niyyətindədir, çünki mən həm Azərbaycanın, həm də Ermənistanın suverenliyinin qarşılıqlı tanınmasının tərəfdarı olmuşam. Həmçinin qondarma "Artsax" və onunla bağlı hər şey haqqında tənqidi fikirlərimi ifadə etdiyimə görə təqiblərə məruz qalmışam. Sizi məlumatlandırmaq istəyirəm ki, mənim Ermənistana qayıtmağım labüd şəkildə həbs olunmağımla nəticələnəcək və barəmdə elan olunmuş beynəlxalq axtarış mənim hər hansı bir yerə getmək imkanımı bağlayır, yalnız Ermənistan həbsxanasına düşməkdən başqa yol qoymur. Hörmətli cənab Prezident, mövcud reallıqları və vətəndaşı olduğum ölkəyə qayıtmağımın mümkün olmadığını nəzərə alaraq, mənə qarşı qaçılmaz təzyiq və cəzanı nəzərə alaraq, Sizdən Azərbaycanda mənə siyasi sığınacaq verilməsini xahiş edirəm".
15:12 06.03.2025
Oxunuş sayı: 815