Boksçularımız Gürcüstanda təlim-məşq toplanışına başlayıb

Yeniyetmə boksçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb. Vaqif Kazımovun baş məşqçisi olduğu komanda Qori şəhərində təlim-məşq toplanışına başlayıb.
Gürcüstan yığması ilə keçirilən hazırlıqda 22 boksçumuz iştirak edir. Məşqlər martın 15-də başa çatacaq və millimiz ertəsi gün Bakıya qayıdacaq.
16:26 04.03.2025
Oxunuş sayı: 337