AMEA-nın vitse -prezidenti riyaziyyat elmi ilə bağlı narahatlığını etiraf edib

"1945-ci ildən o tərəfə riyaziyyatçı tanımıram. Varsa, bəlkə, mənim qüsurumdur".
Crossmedia.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev professor Kamal Soltanovun "Navye-Stoks bərabərliyi" tənliyi barədə təqdimatında çıxışı zamanı deyib.
O bildirib ki, 1945-ci ildən sonra Azərbaycan alimləri Moskva və digər şəhərlərlə əlaqəli olublar, riyazi bilikləri ölkəmizə gətiriblər. Addım-addım Azərbaycan riyazi məktəbi yaranıb.
“Misir Mərdanovun da bir narahatçılığı var idi ki, riyaziyyat elmində yeni nəslin gəlməsində müəyyən narahatlıqlar var. Bir qədər narahatedici məqamlar var. Yeni gələn riyaziyyatçılar əvvəlki effekti verirmi? Mən müşahidə etmirəm. Yəqin, bunun da bir həlli olacaq. Fundamental elmlər vəsait tələb edir ki, mütəxəssislər yetişdirəsən”, - deyə akademik qeyd edib.
13:43 04.03.2025
Oxunuş sayı: 768