Boksçumuz rəqibini məğlub edib

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə start verilib. Yarışın ilk günündə Azərbaycan millisinin bir idmançısı rinqə çıxıb.
54 kq çəkidə mübarizə aparan Zidan Hümbətov 1/8 final çərçivəsində qazaxıstanlı Almaz Nurlanla qarşılaşıb. Boksçumuz rəqibini 3:1 (28:28, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, növbəti görüşündə İlgiz Korqonbayevlə (Qırğızıstan) gücünü yoxlayacaq. Döyüş martın 6-da olacaq.
Qeyd edək ki, martın 9-da başa çatacaq yarışa Azərbaycan millisi 3 oğlan, 4 qız boksçu ilə yollanıb.
11:57 04.03.2025
Oxunuş sayı: 657