CROSSMEDIA - IT və proqramlaşdırma üzrə tələbə yaz düşərgəsi keçiriləcək
Elm və təhsil

IT və proqramlaşdırma üzrə tələbə yaz düşərgəsi keçiriləcək

“Bir Könüllü” Tələbə Təşkilatı, “EESTEC JLC Baku” və IAAS təşkilatlarının birgə təşəbbüsü ilə martın 24-29-da Qubada tələbələr üçün IT və proqramlaşdırma üzrə yaz düşərgəsi təşkil ediləcək.

Crossmedia.az Elm və Təhsil Nazirliyinə istinadən bildirib ki, düşərgənin keçirilməsində əsas məqsəd informasiya texnologiyaları sahəsində təhsil alan tələbələrin yarışma vasitəsilə bilik və bacarıqlarının artırılması, eləcə də tələbələr arasında əməkdaşlıq, komanda quruculuğu kimi xüsusiyyətlərin gücləndirilməsidir.

Düşərgə proqramlaşdırma dilləri (PHP, Python, Java, Javascript) və sistem inzibatçılığı istiqamətləri üzrə keçiriləcək.

Düşərgədə ali təhsil müəssisələrinin kompüter elmləri və kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və əlaqəli ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan III və IV kurs tələbələri, həmçinin magistratura və doktorantura səviyyəsi üzrə təhsil alanlar və məzunlar iştirak edə bilərlər.

Müraciət zamanı namizədlər proqramlaşdırma və sistem inzibatçılığı sahələrindən birini seçməlidirlər.

Düşərgə iştirakçıları developer və sistem administratoru istiqamətlərində keçiriləcək ilkin imtahan əsasında seçiləcək.

Qeydiyyat prosesi martın 9-dək davam edəcək.

13:04 27.02.2025

Oxunuş sayı: 931

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ
metbuat-150-illiyi

SON XƏBƏRLƏR