Nazirdən bölgələrdə həkim çatışmazlığı ilə bağlı AÇIQLAMA

Bölgələrdə həkim çatışmazlığı ilə bağlı Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə vahid strategiya hazırlayır.
Crossmedia.az xəbər verir ki, bunu bu gün Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu da bölgələrdə mövcud olan həkim çatışmazlığının aradan qaldırılmasına töhfə verəcək.
11:10 26.02.2025
Oxunuş sayı: 902