Nazir azad olunan ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin sayını açıqladı

Elm və təhsil naziri Emin Əmrullayev işğaldan azad edilmiş bölgələrdə təhsil prosesinin vəziyyəti ilə bağlı məlumat verib.
Crossmedia.az xəbər verir ki, Emin Əmrullayevin sözlərinə görə, hazırda həmin ərazilərdə fəaliyyət göstərən 11 məktəbdə ümumilikdə 2 213 şagird təhsil alır.
Nazir əlavə edib ki, məktəbəqədər təhsil sahəsində də fəaliyyət davam etdirilir və 6 müəssisədə 183 uşaq təhsilə cəlb olunub. Bundan başqa, həmin məktəblərdə 272 müəllim, məktəbəqədər təhsil müəssisələrində isə 16 tərbiyəçi fəaliyyət göstərir.
E.Əmrullayev bu addımın işğaldan azad edilmiş ərazilərdə təhsilin bərpası və inkişafı istiqamətində mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Nihat Tahirov
15:09 06.02.2025
Oxunuş sayı: 3613