ABŞ ordusu yeni nəsil M1E3 abrams tankını hazırlayır
ABŞ Müdafiə Nazirliyi Abrams tanklarının modernləşdirilməsi strategiyasını dəyişib. M1A2 SEPv4 layihəsi dayandırılaraq, texnologiyaları yeni M1E3 Abrams modelinə inteqrasiya olunacaq.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni tank daha yüngül, çevik və yanacağa qənaətcil olacaq, eyni zamanda artırılmış atəş gücü, qabaqcıl elektronika və aktiv mühafizə sistemi (APS) ilə təchiz ediləcək.
M1E3 Abrams-ın ilk nümunələrinin 2027-2028-ci illərdə təqdim edilməsi gözlənilir. Hazırda isə ABŞ Ordusu M1A2 SEPv3 tanklarını almağa davam edəcək.
10:02 05.02.2025
Oxunuş sayı: 550