CROSSMEDIA - Tramp Putinlə danışıq aparmaq niyyətindədir
Xarici xəbərlər

Tramp Putinlə danışıq aparmaq niyyətindədir

ABŞ Prezidenti Donald Tramp, Rusiya lideri Vladimir Putinlə danışıq aparmaq istədiyini açıqlayıb. Crossmedia.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Tramp bu təmasların konkret nəyə yönələcəyini açıqlamasa da, əhəmiyyətli nəticələr əldə etməyə ümid etdiyini bildirib. O, eyni zamanda, Rusiya və ABŞ arasında ciddi müzakirələrin aparılacağını vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın ABŞ ilə prezidentlər səviyyəsində təmaslara hazır olduğunu bəyan etmişdi.

19:13 03.02.2025

Oxunuş sayı: 677

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR