İsveçdə təxribatçı aksiyanın sonu: Qurani-Kərimi yandıran şəxs məhkəmə qarşısında

İsveçin Stokholm Dairə Məhkəməsi, Qurani-Kərimin yandırılması ilə bağlı keçirilmiş aksiyanın təşkilatçılarından biri olan İraq əsilli İsveç vətəndaşı Salvan Nacemi nifrət cinayətində təqsirli bilib. Məhkəmə qərarına əsasən, o, milli və dini əlamət üzrə nifrətin qızışdırılması ittihamı ilə şərti cəza və cərimə ilə cəzalandırılıb.
Crossmedia.az xəbər verir ki, məhkəmə qərarında vurğulanır ki, Nacemin hərəkətləri ifadə azadlığı sərhədlərini aşaraq, birbaşa müsəlman icmasına qarşı nifrət və düşmənçilik ifadə edib. Bildirilib ki, ifadə azadlığı fundamental hüquq olsa da, bu hüquq dini dəyərlərə və inanclara qarşı hörmətsizlik və nifrət yaymaq üçün istifadə edilə bilməz.
Salvan Nacemi məhkəmədə öz hərəkətlərini ifadə azadlığı çərçivəsində əsaslandırmağa çalışsa da, hakimlər onun fəaliyyətini cəmiyyətin dəyərlərinə və dini azadlıqlara qarşı təxribatçı akt kimi qiymətləndiriblər.
Maral Şahverdili
19:09 03.02.2025
Oxunuş sayı: 2613