Bayraktar TB3-ün yeni sınaqları tamamlandı

Türkiyənin Baykar şirkəti Bayraktar TB3 zərbə pilotsuz uçuş aparatının üçüncü prototipinin (PT-3) növbəti uçuş sınaqlarını uğurla başa vurub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, onuncu sınaq uçuşu zamanı orta yüksəklik sisteminin identifikasiya və istismar testləri, eləcə də aparatın ümumi işləkliyi yoxlanılıb. Sınaqlar zamanı pilotsuz uçuş aparatının qatlanan qanad sistemi də test edilib.
Qeyd edək ki, ümumi uçuş müddəti 909 saat təşkil edib.
Fatimə Məmmədova
18:24 03.02.2025
Oxunuş sayı: 2735