Əlcəzair Prezidenti: Vəziyyət fəlakətlidir, biz Prezident Makronla vaxt itiririk
Əlcəzairlə Fransa arasında vəziyyət fəlakətlidir, biz Prezident Makronla vaxt itiririk.
Crossmedia.az xəbər verir ki, bu sözəri Əlcəzair Prezidenti Abdelmacid Tebbun Fransanın “L'Opinion” nəşrinə müsahibəsində deyib. O, iki ölkə arasında siyasi dialoqun faktiki olaraq kəsildiyini və Emmanuel Makronla vaxt itirildiyini bildirib. O, ölkələr arasındakı münasibətlərin çətin düzələ biləcəyi ayrılığa doğru getməsi ilə bağlı xəbərdarlıq edib.
"Mübahisəli keçmiş xatirələrdən kənara çıxmağa böyük ümidlərimiz var idi. Lakin ticarət əlaqələri istisna olmaqla, heç nə yolunda getmir. Siyasi dialoq faktiki olaraq kəsilib", - deyə Əlcəzair Prezidenti qeyd edib. Fransız siyasətçilərin hər gün səsləndirdikləri düşmənçilik ifadələrinə toxunan Prezident Ə. Tebbun Əlcəzair səlahiyyətlilərinin qərarı ilə Fransaya geri göndərilmiş əlcəzairli inluenser Dualemdən danışıb. Bildirib ki, o, qeyri-qanuni vəziyyətdə olan əlcəzairliləri Fransaya məcburi yükləmək istəmir, sadəcə, qanuni prosedurlara riayət edilməlidir.
Əbdülməcid Tebbun 1968-ci il tarixli Fransa-Əlcəzair sazişləri ilə bağlı bəyan edib ki, bu müqavilələr tarixən əməyə ehtiyacı olan Fransa üçün əlverişli idi. “1968-ci il sazişləri Pyer Pujade dövründə olduğu kimi, bütün ekstremistlərin bir araya gəlməsinə imkan verən boş bir sənəddir”, - deyə o diqqətə çatdırıb.
Əlcəzair dövlətinin başçısı bir daha bildirib ki, nüvə sınaq meydançalarının zərərsiz hala gətirilməsi məsələsi insani, mənəvi, siyasi və hərbi səviyyələrdə məcburidir. "Biz hesab edirik ki, Əlcəzair bunu Fransa ilə etməlidir. Paris bizə bu sınaqların keçirildiyi əraziləri və materialların harada basdırıldığını dəqiq söyləməlidir. Ued Namusda (Oued Namous) istifadə edilən kimyəvi silahlarla bağlı məsələ də qalmaqdadır. Bu mübahisələri birdəfəlik həll etməliyik”, - deyə Prezident Tebbun əlavə edib.
17:07 03.02.2025
Oxunuş sayı: 705