CROSSMEDIA - İranın XİN rəhbəri Bakı və Tehran arasındakı əlaqələrin inkişafına ümid edirik
Xarici xəbərlər

İranın XİN rəhbəri Bakı və Tehran arasındakı əlaqələrin inkişafına ümid edirik

İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai Azərbaycan və İran arasında keçirilən rəsmi görüşlər barədə açıqlama verib.


Crossmedia.az xarici KİV-ə istinadən yazır ki, İ.Bəqai iki ölkə arasında qarşılıqlı səfərlərin əlaqələrin inkişafına və gücləndirilməsinə mühüm başlanğıc olacağına ümid etdiyini bildirib.

Bundan əlavə, İranın XİN rəhbəri Qafqazın təhlükəsizliyinin, o cümlədən Azərbaycan və Ermənistanın təhlükəsizliyinin önəmli olduğunu vurğulayıb.

O,  İranın hər iki ölkə ilə yaxşı əlaqələrə sahib olduğunu və Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin gücləndirilməsi üçün dəstək verməyə hazır olduğunu vurğulayıb.


Fatimə Məmmədova

16:21 03.02.2025

Oxunuş sayı: 631

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR