CROSSMEDIA - Santorini adasında güclü seysmik aktivlik – Sakinlər adanı tərk edir
Xarici xəbərlər

Santorini adasında güclü seysmik aktivlik – Sakinlər adanı tərk edir

Egey dənizində dünəndən bəri baş verən 400-dən çox zəlzələ nəticəsində Santorini adasında çox sayda insanın təhlükəsizlik məqsədilə adanı tərk etdiyi bildirilir.


Crossmedia.az TRT Haber-ə istinadən xəbər verir ki, bölgədə artan seysmik aktivlik Santorini və ətraf adalardakı bəzi sakinlərin gecəni avtomobillərində keçirməsinə səbəb olub.


Bundan əlavə, Santorini də daxil olmaqla, dörd adadakı məktəblərdə bir gün müddətinə dərslərin dayandırılması qərara alınıb. Bu addım, bölgədəki zəlzələ riskinə qarşı təhlükəsizlik tədbirləri çərçivəsində atılıb.


Fatimə Məmmədova

16:07 03.02.2025

Oxunuş sayı: 593

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR