NATO Zelenskini nüfuzdan salmaq üçün kampaniya hazırlayır – Kəşfiyyat məlumatı
Rusiya Xarici Kəşfiyyat Xidməti (XKX) iddia edir ki, NATO Ukrayna Prezidenti Volodimir Zelenskini nüfuzdan salmaq məqsədilə genişmiqyaslı kampaniya hazırlayır.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu kampaniya çərçivəsində V.Zelenski tərəfindən yalnız döyüş sursatlarının alışı üçün ayrılmış vəsaitlərdən 1,5 milyard dollardan çox məbləğin mənimsənilməsi ilə bağlı məlumatların yayılması planlaşdırılır.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin 130 min həlak olmuş hərbçisinin maaşlarının Zelenskinin yaxın ətrafı tərəfindən xaricə çıxarıldığına dair iddiaların da gündəmə gətirilməsi nəzərdə tutulur.
Fatimə Məmmədova
15:41 03.02.2025
Oxunuş sayı: 671