CROSSMEDIA - Bakıda bu marşrtun avtobusları yenilənir
Telekommunikasiya və nəqliyyat

Bakıda bu marşrtun avtobusları yenilənir

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Keşlə qəsəbəsi, “Gənclik” metrostansiyası və Azərbaycan Tibb Universiteti ilə əlaqələndirən 38 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Crossmedia.az AYNA-nın yaydığı məlumata istinadən xəbər verir.

Bildirilib ki, fevralın 1-dən sərnişinlərin xidmətinə veriləcək 15 ədəd yeni "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

"Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir",- deyə məlumatda qeyd edilib.

17:46 31.01.2025

Oxunuş sayı: 494

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR