ABŞ dövlət katibi: Krıma görə Rusiya ilə muharibə etməyəcəyik

ABŞ Krıma görə Rusiya ilə müharibə etməyəcəyini bildirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Katibi Marko Rubio deyib.
O, Ukraynanın bu ərazilərinin uzun müddət Rusiyanın nəzarətində qalacağını vurğulayıb və bu səbəbdən dünyanın Rusiyayla savaşmağa hazır olmadığını bildirib.
“Qlobal vəziyyət bizi realist olmağa məcbur edir. Ukraynaya dəstək vermək başqa şeydir, lakin onunla birlikdə Rusiya ilə döyüşmək tamam fərqlidir. Rusiya nüvə gücüdür və bu toqquşmadan yayınmalıyıq,” – deyə Rubio qeyd edib.
19:02 27.01.2025
Oxunuş sayı: 3606