Tramp və Putin arasında mümkün müzakirə: "Bütün dünya bilir ki, Rusiya..."

ABŞ Prezidenti Donald Tramp seçkilərdə
qalib gəldikdən sonra Rusiya ilə bağlı açıqlamalara xüsusi yer verir. Bəyanatlarda
Rusiya ilə bağlı əsas məsələ iki ölkə arasında görüşün keçirilməsi ilə
bağlıdır. Tərəflərin məqsədinin eyni olmasına baxmayaraq görüş hələ də baş
tutmayıb. Məsələ ilə bağlı Kremlin mətbuat katibi Dmitri Peskov da bildirib ki,
Putin və Trampın təmasları ilə bağlı Moskva hələ də ABŞ-dən siqnal
almayıb".
Hər iki tərəf bunda maraqlıdırda, niyə görüş hələ də baş tutmur? Maraqlıdır, ilk addımı hansə tərəf atacaq?
Beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli mövzu ilə bağlı Crossmedia.az saytına açıqlama verib:
“Hazırda informasiya savaşı gedir və tərəflər yekun həlledici görüşə hazırlıq məqsədilə bir-birlərini daha çox güzəştə hazırlayırlar. Kreml ABŞ-dan siqnal almayacağını düşünmürə. Əksinə, Ukraynanın davranışlarında və Prezident Volodimir Zelenskinin ifadələrində bu mesajlar var. Bütün dünya bunu bildiyi halda Rusiya necə deyə bilər ki, bizim bu barədə informasiyamız yoxdur?”.
Analitikin sözlərinə görə, rəsmi Moskva
ilk addımı Vaşinqtonun atmasını gözləyir: “Bu, Rusiyanın “kim ilk müraciət edərsə,
zəif tərəf odur” məntiqinə əsaslanır. Təbii ki, bu qarşılıqlı müzakirələrdən
daha çox həm də ictimai diplomatiyanın mühüm tərkib hissəsidir”.
Ayhan Ağarzayev
16:02 27.01.2025
Oxunuş sayı: 2947