Dünya

İran XİN Suriya ilə bağlı xəbəri təkzib etdi: "Yoxlanılmasına ehtiyac var"

İran nölkə vətəndaşlarının və mallarının Suriyaya girişinin qadağan edilməsinə dair məlumatı təkzib edib.

Crossmedia.az “Tələbə” İnformasiya Agentliyinə istinadən xəbər verir ki, bu barədə nazirliyin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında deyib.

Bu məsələyə şübhə ilə yanaşdığını vurğulayan İ.Bəqai deyib: “İran vətəndaşlarının Suriyaya səfəri ilə bağlı, təxminən bir neçə həftə əvvəl, bu ölkədə baş verən hadisələrin ortasında vurğuladım ki, biz bu şərtlər altında İran vətəndaşlarının Suriyaya getməsini tövsiyə etmirik. Hazırda mövcud şərtlərə görə vətəndaşlarımız bu ölkəyə səfər etməməlidirlər. Başlanğıcda dediyim kimi, məncə, xəbərin əsli doğru deyil və onun yoxlanılmasına ehtiyac var”. 

17:03 20.01.2025

Oxunuş sayı: 961

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR