Amerika

TikTok ABŞ-də tarixə qovuşur: Qadağa rəsmi təsdiqini tapdı!

Ali Məhkəmə  ABŞ-da Tiktok-un qadağan edilməsini nəzərdə tutan Konqres qərarını təsdiqləyib.

Crossmedia.az  Habertürk-ə istinadən xəbər verir ki, TikTok  sabaha qədər satış qərarı qəbul edərsə, Ali Məhkəmənin qərarı 90 günə qədər təxirə salına bilər.

Qəbul edilən qərarə görə, TikTok Çinli ana şirkət ilə əlaqələrini kəsməzsə, "milli təhlükəsizlik üçün təhdid yaratdığı" əsas gətirilərək ABŞ-da istifadəsinin qadağan edilməsinə yol açan federal qanun tətbiq olunacaq.

"Konqres TikTok-un məlumat toplama tətbiqləri və xarici bir düşmənlə əlaqələrinə dair yaxşı əsaslandırılmış milli təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün onun satılmasının zəruri olduğuna qərar verdi",-deyə məhkəmədə bildirilib.

Belə ki, sosial media tətbiqi  yanvarın 19-na  qədər satılmasa, Google və Apple kimi platformalardan silinəcək.

Mövcud cihazlarda yüklü olan tətbiqin istifadəsi davam edəcək, lakin yeniləmə mümkün olmayacaq.

Qeyd edək ki, "TikTok"  yanvarın 20-si  ABŞ-nin  seçilmiş prezidenti Donald Trampın vəzifəyə rəsmi olaraq başlayacağı günə qədər satış qərarı qəbul edərsə, Ali Məhkəmənin qərarı 90 gün təxirə salınacaq.

Fatimə Məmmədova 

16:22 18.01.2025

Oxunuş sayı: 2750

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR