Gündəm

Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edib

Rusiya İstintaq Komitəsi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı kompleks məhkəmə-tibbi ekspertizası təyin edib.

Crossmedia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

"Dispetçer xidmətləri, hava hərəkətinin təşkili sistemi, hava hücumundan müdafiə vəzifəli şəxslərinin hərəkətlərini qiymətləndirmək üçün kompleks məhkəmə-tibbi ekspertizası təyin edilib.

Qroznı, Mahaçqala və “Mineralnıye Vodı”nın dispetçerləri ilə təyyarə komandiri arasında danışıqlar təhlil edilir. Kompleks aviasiya texniki ekspertizası təyin olunub.

İstintaq Azərbaycan və Qazaxıstan Respublikasının səlahiyyətli orqanları ilə əməkdaşlıq əlaqələri qurub. Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri ilə birlikdə Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzindən hava gəmisinin qeydiyyat aparatlarından alınan məlumatlar tədqiq olunur", - deyə Rusiya İstintaq Komitəsi bildirib.

18:32 15.01.2025

Oxunuş sayı: 3801

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR