Hansı gündəlik qidalar xərçəng yaradır? - Həkimlə müsahibə (VİDEO)
Son illər onkoloji xəstəliklər dünyada səhiyyənin ən aktual problemlərindən biri olaraq qalır. Xərçəngə yoluxma hallarının artması, xəstəliyin müxtəlif yaş qruplarında müşahidə olunması və müalicə prosesində qarşıya çıxan çətinliklər bu sahəyə diqqətin daha da artırılmasını zəruri edir. Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin (IARC) məlumatına görə, 2024-cü ildə dünyada təxminən 20,6 milyon insana xərçəng diaqnozu qoyulub. Azərbaycanda da onkoloji xəstəliklər əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Agentliyin 2022-ci il üzrə hesablamalarına əsasən, ölkəmizdə il ərzində 18 503 yeni xərçəng hadisəsi qeydə alınıb. Bu rəqəmlər xəstəliyin erkən aşkarlanmasının, profilaktik tədbirlərin gücləndirilməsinin və müasir müalicə imkanlarının əlçatanlığının nə qədər vacib olduğunu göstərir.
Bununla yanaşı, müasir tibb xərçənglə mübarizədə yeni imkanlar təqdim edir. İmmunoterapiya, hədəfli terapiya, genetik testlər və dəqiq diaqnostika üsulları bir sıra onkoloji xəstəliklərin müalicəsində mühüm rol oynayır. Lakin müalicənin effektivliyi bir çox hallarda xəstəliyin hansı mərhələdə aşkarlanmasından, şişin növündən və xəstənin fərdi xüsusiyyətlərindən asılıdır. Bəs xərçəngin hansı növləri daha çox yayılıb, erkən diaqnostika üçün hansı üsullar daha etibarlıdır və müasir müalicə metodları xəstələrin həyat keyfiyyətini necə yaxşılaşdıra bilər? Profilaktikadan müalicəyə, genetik risklərdən ağrının idarə olunmasına qədər bu və digər suallara aydınlıq gətirmək üçün mütəxəssislə söhbətləşdik.
Bütün bu məsələlərlə bağlı tibb üzrə fəlsəfə doktoru, uzman onkoloq Fərid Museyibov Crossmedia.az-a müsahibə verib:
15:25 29.10.2026
Oxunuş sayı: 259