Polşa Ukraynaya iki MiQ-29 qırıcısı verəcək
Polşa Ukraynaya təxminən 50 milyon avro dəyərində yeni hərbi yardım paketi çərçivəsində iki MiQ-29 qırıcı təyyarəsinin verilməsini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşanın Ukraynaya hərbi yardımına dair yayılan məlumatda bildirilib.
Məlumata görə, hərbi yardım paketinə qırıcı təyyarələrlə yanaşı, artilleriya sursatları, F-16 qırıcılarının topları üçün mərmilər və “Piorun” daşınan hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxildir.
14:46 29.10.2026
Oxunuş sayı: 46