Rusiya Dneprdə dəmir yolu vağzalını vurub – 13 nəfər ölüb
Rusiya Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib, nəticədə 13 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb.
"Ukrzaliznıtsya" şirkətinin məlumatına görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr - Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı olub.
Elan edilmiş yüksək təhlükə səviyyəsinə baxmayaraq, platformada insanlar olub.
Xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
14:09 29.10.2026
Oxunuş sayı: 1135