Putin: Fələstin problemi diqqətdən kənarda qalmamalıdır
Rusiya Prezidenti Vladimir Putin Fələstin probleminin yekun həllinin yalnız iki dövlət prinsipinin həyata keçirilməsi ilə mümkün olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
Putin Rusiyanın Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini vurğulayıb.
“Rusiya Fələstin məsələsinin yekun həllinin yalnız məlum iki dövlət prinsipinin həyata keçirilməsi, o cümlədən Fələstin ərazisində tamhüquqlu Fələstin dövlətinin yaradılması ilə mümkün olduğunu hesab edir və bunu dəstəkləyir”, – deyə o bildirib.
Rusiya Prezidenti Fars körfəzində baş verən hadisələr fonunda Fələstin probleminin diqqətdən kənarda qalmamalı olduğunu da qeyd edib.
Xatırladaq ki, Fələstinin Rusiyadakı səfiri Əbdülhafiz Nofəl mart ayında Moskvanın Yaxın Şərq münaqişəsinin nizamlanmasında mühüm rol oynaya biləcəyini bildirmişdi.
Diplomat İsrailin Yaxın Şərqdə mövcud vəziyyəti dəyişdirmək niyyətində olduğunu iddia etmişdi.
13:53 29.10.2026
Oxunuş sayı: 46