Putindən Afrikaya mesaj: Biz həmişə sizin yanınızda olmuşuq
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Afrika xalqlarının müstəmləkəçilikdən azad olmaq və müstəqillik əldə etmək uğrunda mübarizəsini hər zaman dəstəklədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Vladimir Putin bu barədə açıqlamasında danışıb.
“Rusiya həmişə Afrika xalqlarının yanında olub, onların müstəmləkəçilik zülmünə qarşı mübarizəsini dəstəkləyib”, – deyə Rusiya Prezidenti vurğulayıb.
Putin bildirib ki, Moskva Afrika ölkələrinin azadlıq, müstəqillik və suveren inkişaf istiqamətində səylərinə dəstək göstərib.
“Biz Afrika xalqlarının azadlıq, müstəqillik, suveren inkişaf, eləcə də öz siyasi və iqtisadi sistemlərini seçmək hüququ uğrunda mübarizəsini tam şəkildə və təmənnasız dəstəkləmişik”, – deyə o qeyd edib.
15:10 29.10.2026
Oxunuş sayı: 49