Naxçıvanda yük və sərnişin daşınması artıb
Ötən il Naxçıvan Muxtar Respublikasında 7,1 milyon ton yük və 47,4 milyon sərnişin daşınıb.
Bu barədə Crossmedia.az Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2023-cü illə müqayisədə yük daşınması 1,1%, sərnişin daşınması isə 1,4% artıb.
Eyni zamanda, il ərzində muxtar respublikada göstərilmiş informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 4,1 % artaraq 35,8 milyon manat olub.
09:37 15.01.2025
Oxunuş sayı: 2366