Ölkəyə daxil olan pul baratlarının fərqi 830 milyon dolları ötüb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana daxil olan və ölkədən göndərilən pul baratları arasındakı fərq 830,5 milyon ABŞ dolları təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqlamasında bildirilib.
İlkin məlumatlara görə, pul baratları üzrə müsbət saldo ötən ilin müvafiq dövrü ilə müqayisədə 70% artıb.
Qeyd edək ki, yanvar-avqust aylarında bu göstərici 751 milyon dollar olub. Beləliklə, doqquz aylıq müsbət saldo səkkiz aylıq göstəricidən 79,5 milyon dollar çoxdur.
10:42 29.10.2026
Oxunuş sayı: 53