Azərbaycanda yeni ombudsman seçiləcək
Milli Məclisə "Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında" sənəd daxil olub.
Crossmedia.az xəbər verir ki, bu məsələ parlamentin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçiriləcək iclasının gündəliyinə salınıb.
Qeyd edək ki, hazırda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevadır. Ölkədə ombudsman 7 ildən bir keçirilir.(Report)
10:19 29.10.2026
Oxunuş sayı: 125