ABŞ-yə gedən Bolsonaru özünü Braziliyanın lideri elan edib
Braziliyada prezident seçkilərində məğlub olan Flaviu Bolsonaro özünü ölkənin yeni seçilmiş prezidenti elan etsə də, təxminən bir saat sonra bu ifadədən imtina edib.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi bu barədə məlumat yayıb.
ABŞ-yə gedən siyasətçi yayımladığı açıq məktubda özünü “Braziliyanın əsl seçilmiş prezidenti” adlandırıb.
Lakin təxminən bir saat sonra Bolsonaro əvvəlki paylaşımını silərək yeni məktub dərc edib. Bu dəfə o, özünü Braziliyanın “lideri” kimi təqdim edib.
Siyasətçinin mövqeyini dəyişməsinin səbəbləri məlum deyil.
Bununla yanaşı, Bolsonaro məktubda istifadə etdiyi dövlət gerbini də dəyişib. İlkin versiyada Braziliyanın 1889–1967-ci illərdə istifadə olunan gerbi yerləşdirilsə də, sonradan müasir dövlət gerbi ilə əvəz edilib.
Qeyd edək ki, oktyabrın 25-də Braziliyada keçirilən prezident seçkilərinin ikinci turunda Luiz İnasio Lula da Silva Flaviu Bolsonaroya qalib gəlib. Bolsonaronun təmsil olunduğu Liberal Partiya da seçkinin nəticələrini tanıyıb.
10:10 29.10.2026
Oxunuş sayı: 48