Ağcaqanad dişləməsinin arxasındakı gizli təhlükə üzə çıxdı
Alimlər ağcaqanadlar vasitəsilə yayılan denqe qızdırmasına qarşı peyvənd olunmuş şəxslərin yenidən xəstələnməsi ilə bağlı mühüm elmi nəticələr əldə ediblər.
Crossmedia.az xəbər verir ki, Türkiyə mediası bu barədə məlumat yayıb.
Bildirilib ki, qlobal istiləşmə nəticəsində xəstəliyi yayan ağcaqanadların yayılma arealı genişlənir. Bu isə denqe qızdırmasının dünya miqyasında daha ciddi səhiyyə probleminə çevrilməsi riskini artırır.
Məlumata görə, hər il dünyada təxminən 400 milyon insan denqe virusuna yoluxur.
Yeni elmi araşdırma peyvənddən sonra təkrar yoluxma hallarının səbəblərini anlamaq baxımından mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, denqe virusunun müxtəlif serotipləri mövcuddur və bir serotipə qarşı yaranmış immunitet digərlərinə qarşı eyni səviyyədə qorunma təmin etməyə bilər.
17:06 29.10.2026
Oxunuş sayı: 56