İran Hörmüz boğazı yaxınlığında ABŞ dronunu vurduğunu açıqlayıb
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatını (PUA) vurduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Bildirilib ki, hadisə oktyabrın 29-da İranın Sirik şəhəri sahillərində baş verib.
SEPAH-ın məlumatına görə, ABŞ-yə məxsus pilotsuz uçuş aparatı müasir hava hücumundan müdafiə sistemi vasitəsilə məhv edilib.
İran tərəfi bunun vurulan 14-cü MQ-1 tipli ABŞ dronu olduğunu iddia edib.
Qeyd edək ki, hadisə ilə bağlı İranın açıqlaması müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
16:42 29.10.2026
Oxunuş sayı: 50