Paşinyan Rusiyada narazılıq doğuran açıqlamaya görə qubernatoru işdən çıxarmayacaq
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada tənqidlərə səbəb olan açıqlamasına görə Şirak vilayətinin qubernatoru Aruşanyanın vəzifədən azad edilməsi üçün əsas görmədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Nikol Paşinyan açıqlama verib.
Baş nazir qubernatorun “İvanlar” haqqında səsləndirdiyi fikirlərin Rusiyada kəskin reaksiyaya səbəb olması ilə bağlı məsələyə münasibət bildirib.
Paşinyan hadisənin təfərrüatları ilə tam tanış olmadığını etiraf edib.
“Açığı, konkret olaraq nə deyildiyini ətraflı bilmirəm. Lakin mümkün qədər düzgün və ehtiyatlı danışmaq lazımdır. Əgər hər hansı qeyri-dəqiq ifadə işlədilibsə, buna təəssüf edirəm. Ümid edirəm ki, hər şey yoluna qoyulacaq”, – deyə Ermənistanın Baş naziri vurğulayıb.
Bununla belə, Paşinyan sözügedən açıqlamaya görə qubernatorun işdən çıxarılmasını zəruri hesab etmədiyini bildirib.
16:49 29.10.2026
Oxunuş sayı: 47