Rusiyanın İzyuma aviazərbəsi nəticəsində 5 nəfər yaralanıb
Rusiya qüvvələrinin Ukraynanın Xarkov vilayətinin İzyum şəhərində beşmərtəbəli yaşayış binasına aviasiya bombası ilə zərbə endirməsi nəticəsində ilkin məlumata görə, 5 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov bu barədə məlumat yayıb.
Onun sözlərinə görə, zərbə nəticəsində yaşayış binasının birinci mərtəbəsindən beşinci mərtəbəsinədək hissəsində qismən dağıntılar baş verib.
Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.
İlkin məlumatlara əsasən, hücum nəticəsində xəsarət alan 5 nəfərə tibbi yardım göstərilir.
Əraziyə cəlb olunan fövqəladə hallar xidmətlərinin əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərirlər.
17:22 29.10.2026
Oxunuş sayı: 50