Şimali Koreya 10-dan çox ballistik raket buraxıb
Şimali Koreya oktyabrın 29-da Yapon dənizi istiqamətində 10-dan çox qısa mənzilli ballistik raket buraxıb.
Crossmedia.az xəbər verir ki, Cənubi Koreya hərbçiləri bu barədə məlumat yayıblar.
Bildirilib ki, raketlər Şimali Koreyanın Vonsan şəhəri ərazisindən buraxılıb və təxminən 250 kilometr məsafə qət edib.
Hadisədən sonra Cənubi Koreyada təhlükəsizlik məsələləri ilə bağlı təcili iclas çağırılıb.
Raket buraxılışlarının səbəbləri və mümkün nəticələri barədə əlavə məlumat verilməyib.
17:31 29.10.2026
Oxunuş sayı: 58