Avropa

Avropanın taleyi ilə bağlı qorxular artır - AÇIQLAMA

NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Ukrayna hazırda Rusiya ilə danışıqlar aparmaq gücündə deyil. Onun sözlərinə görə, Ukrayna müharibəni güc mövqeyindən deyil, zəif mövqedən davam etdirir və bu səbəbdən sülh danışıqlarında təsirli ola bilmir.

Mark Rutte əlavə edib ki, NATO-ya üzv ölkələr müdafiə xərclərini artırmalıdırlar. “ÜDM-in 2 %-i təhlükəsizliyə kifayət etmir və müttəfiqlər növbəti illərdə müdafiəyə daha çox sərmayə qoymalıdırlar. Güclü müdafiə bizim üçün əsas prioritetdir. Bu, daha çox xərcləmək və istehsal etmək deməkdir, amma məqsəd müharibəni qızışdırmaq deyil, onun qarşısını almaqdır”, - deyə o vurğulayıb.

Baş katibin dedikləri  ilə bağlı politoloq Əziz Əlibəyli Crossmedia.az-a açıqlama verib. O, deyib ki, Ukraynanın mövqelərinin zəifləməsi əsasən resurs çatışmazlığı ilə bağlıdır:

Əziz Əlibəyli: “Seçki milli təhlükəsizlik məsələsidir”

“Digər tərəfdən, NATO çətiri altında olan ölkələrin Ukraynaya kifayət qədər dəstək verməməsi də bu vəziyyətdə rol oynayır. Ancaq məsələ bununla bitmir. İş burasındadır ki, rəsmi Kiyev iki il yarımdır ki, müharibəni davam etdirməyi Ukraynanın zəiflədiyini və yaxın zamanda məğlub olacağını proqnozlaşdırmaq doğru olmaz”.

Politoloq əlavə edib ki, bəzi hallarda bu cür yanaşma Ukraynanın çökəcəyi və Avropanın taleyinin qeyri-müəyyən olacağı ilə bağlı qorxuların artırılması üçün istifadə edilir: “Bu vəziyyətin NATO-nun müdafiə imkanlarının artırılması üçün əsas kimi göstərilməsi də mümkündür. Ancaq hazırda tərəflər arasında üstünlük balansı yoxdur. NATO Rusiyanın artan təhdidi ilə bağlı sərhəd bölgələrinə daha keyfiyyətli silahlar və raketlər yerləşdirməyi əsaslandırmağa çalışır. Bu çərçivədə də mövcud vəziyyət və proseslər inkişaf etdirilir”.

Maral Şahverdili

06:35 15.01.2025

Oxunuş sayı: 7672

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR