Amerika

Co Bayden administrasiyasından Ukraynaya son yardım paketi

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya son yardım paketini cümə axşamı, yanvarın 9-da elan etməyə hazırlaşır.

Crossmedia.az xəbər verir ki, bu barədə Associated Press agentliyi iki yüksək rütbəli hərbi mənbəyə istinadən məlumat yayıb.

"Bayden administrasiyası müdafiə naziri Lloyd Ostinin cümə axşamı Almaniyaya səfəri çərçivəsində Ukraynaya böyük, yekun hərbi yardım paketini elan etməyi planlaşdırır", - mesajda deyilir.

Bu paketin dəqiq məbləği hələlik açıqlanmasa da, onun Konqres tərəfindən təsdiqlənmiş 4 milyard dollar məbləğində qalan bütün vəsaitləri əhatə etməyəcəyi məlumdur.

Mənbələr qeyd edib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələcək administrasiyası zərurət yaranarsa, Kiyevə mümkün yardım üçün bir neçə milyard dollar qalacaq.

Paketə daxil olan silahlar ABŞ-ın mövcud ehtiyatlarından təmin ediləcək. 

16:45 08.01.2025

Oxunuş sayı: 4630

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR