Avropa üçün təhlükə siqnalı – Tramp nəyi nəzərdə tutur?
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin miqrasiya siyasətini köklü şəkildə dəyişməyəcəyi təqdirdə ciddi problemlərlə üzləşəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Tramp Fransadakı etirazları şərh edərkən Avropanın mövcud kursunu dəyişməli olduğunu deyib. O, Fransa Prezidenti Emmanuel Makronla söhbətlərində miqrasiya böhranının ölkələrin dövlətçiliyinə təhlükə yarada biləcəyi barədə dəfələrlə xəbərdarlıq etdiyini vurğulayıb.
ABŞ liderinin sözlərinə görə, o, Almaniya və Böyük Britaniya rəhbərlərinə də oxşar xəbərdarlıqlar edib. Tramp oktyabrın 18-də Fransa hakimiyyətini sərhədləri bağlamağa və ölkədə kütləvi iğtişaşlara nəzarəti gücləndirməyə çağırmışdı.
Fransada etirazlar sentyabrın sonunda təhsil sahəsindəki problemlərlə bağlı şagirdlərin nümayişləri ilə başlayıb, daha sonra ölkə üzrə yayılıb. Oktyabrın 17-də yanacağın bahalaşmasına və alıcılıq qabiliyyətinin azalmasına etiraz olaraq yarım milyondan çox insan küçələrə çıxıb.
23:25 20.10.2026
Oxunuş sayı: 79