Azərbaycanlı hakim Avropa Liqasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb.
Crossmedia.az xəbər verir ki, o, liqa mərhələsinin II turunda Sloveniyada “Selye” və Kiprin “Omoniya” komandası arasında keçiriləcək matçı idarə edəcək.
Yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov olacaqlar. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
VAR hakimi italiyalı Luka Payretto, onun köməkçisi isə Nicat İsmayıllı olacaq.
Qeyd edək ki, “Selye”-“Omoniya” görüşü oktyabrın 15-də
13:26 13.10.2026
Oxunuş sayı: 52