Riyad hava limanına hücum: 12 ölü, 309 yaralı
Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına husilərin hücum etdiyi və nəticədə 12 nəfərin öldüyü, 309 nəfərin yaralandığı iddia olunur.
Crossmedia.az xəbər verir ki, hücumun təfərrüatları hələlik açıqlanmayıb. Hadisədən sonra hava limanında uçuşlar dayandırılıb.
Bildirilib ki, hava limanı iki gün əvvəl də hücuma məruz qalıb. Əvvəlki hücum nəticəsində, aralarında pilotun da olduğu üç nəfər ölüb, 36 nəfər yaralanıb.
Hava limanının qısa müddət ərzində ikinci dəfə hədəf alınması bölgədə davam edən hərbi gərginlik fonunda baş verib.
09:15 11.10.2026
Oxunuş sayı: 71