Goranboyda qəza olub, xəsarət alanlar var
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki,hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 4 nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
20:40 10.10.2026
Oxunuş sayı: 71