Masazırda yanğın baş verib
Abşeron rayonunun Masazır qəsəbəsində dörd avtomobil yanıb. Hadisə Yeni Bakı yaşayış massivində baş verib.
Crossmedia.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.
Yanğın qısa müddətdə söndürülüb.
Hadisənin başvermə səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.
20:35 10.10.2026
Oxunuş sayı: 65